Müqəddəs Kitabda cəsarətli, müdrik qadınlardan biri olan Ester haqqında danışmaq istəyirəm. Ester ata-anasını uşaq ikən itirib yetim qalmışdı, Mordakay adlı bir qohumu ona qəyyumluq etmiş və onu öz qızı kimi böyütmüşdü.
Ester öz qohumunun evində böyüsə də, özünü tək deyil, sevilən bir övlad kimi hiss etmişdi və Mordakaya bir ata kimi etibar etmişdi.

Günlərin bir günü padşah Axaşveroş özü üçün əyalətin gözəl qızlarından birini mələkə seçməyi qərara alır. O, əyalətdə olan gözəl qızlar arasında Ester də var idi.
Amma Ester padşahı razı salmaq və mələkə seçilmək üçün saray hərəmağasından padşahın nəyi xoşlayıb və nəyi xoşlamadığı hər şeyi dəqiqliklə öyrənir.
Bir ildən sonra seçim vaxtı gələndə Ester padşahın sevdiyi ətirlə ətirlənib, onun xoşuna gələn geyimi geyib padşahın görüşünə gedir.
Nəticədə padşah əyalətdə olan gözəl qızlar arasından ancaq bir nəfəri Esteri özü üçün mələkə seçir.
Burada qadınların gələcək ailə həyatı üçün çox vacib olan dərs budur ki, hər bir qadın öz ərini razı salmağa çalışmalı, ərinin nəyi sevib və nəyi sevmədiyini öyrənməlidir.
Ester hökmdarı öz itaətkarlığı ilə məftun etmişdi. Çünki padşah üçün təkcə qadınların gözəlliyi deyil, həm də onu razı salan xasiyyətlər, mənəvi gözəllik də çox vacib idi.

